Mayın 24-də Azərbaycan Dillər Universitetinin rektoru,
Milli Məclisin deputatı, professor Səməd Seyidov Koreya
Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri,
səfirin birinci müavini Cha Chang-Soonun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etdi.
Qonaqları salamlayan rektor, professor Səməd Seyidov
onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O,
ADU ilə Koreya universitetləri arasında əlaqələrin
yaranmasının 20 illiyi münasibətilə qonaqları təbrik
etdi. ADU-da bu münasibətlə elmi simpoziumun başlayacağı
diqqətə çatdırıldı. Bu günün xüsusi tarixi əhəmiyyəti
olduğunu bildirən rektor ADU ilə Koreya universitetləri
arasında əməkdaşlıqdan söz açdı. Bu münasibətlərin
əsasının qoyulmasının Koreya-Azərbaycan əlaqələrinə
böyük töhfə verdiyi vurğulandı.
Səmimi qəbula görə təşəkkür edən Koreya
Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri,
səfirin birinci müavini Cha Chang-Soon ADU-da
Koreya dilinin tədrisinin, həmçinin Koreya mərkəzinin
açılmasının 20 illiyi münasibətilə keçiriləcək tədbirin
əhəmiyyətindən danışdı.
Koreya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin
inkişaf etdiyini deyən səfirin birinci müavini ADU-da
fəaliyyət göstərən Koreya dili mərkəzinin bu istiqamətdə
böyük rol oynadığını qeyd etdi. Qonaq ADU-nun Koreya
universitetləri ilə əlaqələrinin inkişaf etdirilməsi
istiqamətində apardığı işlərdən və bu ali təhsil
ocağında Koreya dili mərkəzinin fəaliyyətindən
məmnunluğunu dilə gətirdi.
Görüşdən sonra qonaqlar ADU-da keçirilən "Koreya dili
mərkəzinin və Koreya dili ixtisasının təsis edilməsinin
20 illiyi" münasibətilə təşkil olunmuş elmi simpoziuma
qatıldılar.
İctimaiyyətlə əlaqələr departamenti |