Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Bakı Dövlət Universitetində yeni mərkəz yaradılacaq

 

Böyütmək üçün şəkili seçin Mayın 23-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ABŞ-ın Tuleyn Universitetinin (Tulane University) Beynəlxalq hüquq proqramları üzrə icraçı direktoru, prorektor Herbert Larson və hüquq fakültəsinin dekanı, professor  Devid Meyeri qəbul edib.

2012-ci ildən universitetlər arasında imzalanmış anlaşma memorandumuna əsasən, Tuleyn Universiteti BDU-nun hüquq fakültəsində Dəniz və enerji hüququ üzrə magistratura proqramının təsis olunmasında yaxından iştirak edib. Magistrantların hazırlanma prosesində aktiv iştirak edən amerikalı alimlərin budəfəki gəlişinin məqsədi tələbələrə yenidən mühazirə oxumaqdır.

Görüşdə əməkdaşlıq məsələlərinin hazırkı durumundan razılıq ifadə olunub və münasibətlərin daha intensiv olması üçün BDU-da yeni Mərkəzin yaradılması qərara alınıb. Bildirilib ki, Mərkəz fakültələrarası əlaqələrin inkişafını, tələbə və müəllimlərin mübadiləsini, birgə araşdırma işlərinin aparılmasını həyata keçirəcək.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov