Mayın
26-da təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərinə
səfəri çərçivəsində əməkdar müəllim, 65 illik pedaqoji
təcrübəyə malik, filologiya elmləri doktoru, professor
İmamverdi Əbilovla görüşüb.
İmamverdi Əbilov "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata
keçirilən islahatların təhsilin keyfiyyətinin
yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə
olunması baxımından mühüm əhəmiyyətə malik olduğunu
bildirib. Tanınmış ziyalı ölkə təhsilinin gələcəyi ilə
bağlı nikbin fikirlər söyləyib, müvafiq təklif və
tövsiyələrlə çıxış edib. Bu ilin martında Təhsil
Nazirliyi tərəfindən KİV nümayəndələrinin Salyan və
Neftçala rayonlarına təşkil olunmuş mediaturu
çərçivəsində onunla keçirilmiş görüşü məmnunluqla
xatırlayan İ.Əbilov təhsil nazirinin göstərdiyi
diqqətdən razılığını bildirib. |