| 
						
						Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, 
						mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları 
						Komissiyasının təklifinə əsasən və Azərbaycan 
						Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci 
						bəndini rəhbər tutaraq   
						
						QƏRARA ALIRAM:  
						
						2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində 
						Azərbaycan Respublikasının Dövlət mükafatları aşağıdakı 
						şəxslərə verilsin:  
						
						Elm sahəsi üzrə 
						
						Tofiq Murtuza oğlu Nağıyev - "Hidrogen peroksidlə 
						koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" (ingilis 
						dilində, Amsterdam) monoqrafiyasına görə  
						
						 Mədəniyyət sahəsi üzrə 
						
						Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə - Azərbaycan təsviri 
						sənətinin inkişafında xidmətlərinə görə 
						
						Ramiz Eyyub oğlu Quliyev - konsert-ifaçılıq fəaliyyətinə 
						görə  
						
						Ədəbiyyat sahəsi üzrə 
						
						Elmira Hüseyn qızı Axundova - "Heydər Əliyev. Şəxsiyyət 
						və zaman" altı cildlik sənədli-bioqrafik kitabına görə.  
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 27 may 2014-cü il
 |