Mayın
20-də Bakıdakı 99 nömrəli tam orta məktəbdə 1 iyun -
Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş
əyləncəli idman tədbiri keçirilib.
Məktəbin direktoru Ofeliya Məmmədova, məktəb Valideyn
- Müəllim Assosiasiyasının sədri Salman Əbdülov, fiziki
tərbiyə müəllimləri və valideynlərin iştirakı ilə
keçirilən tədbirdə çıxışçılar uşaqları bu bayram
münasibətilə təbrik edib, belə tədbirlərin onların
fiziki cəhətdən sağlam böyüməsində müsbət rol oynadığını
bildiriblər.
II sinif şagirdləri arasında keçirilən yarışın
proqramına yerindən uzunluğa tullanma, topun çiləyərək
aparılması və qapıya qol vurma daxil idi.
Münsiflər heyətinin qiymətləndirməsindən sonra
yarışmanın qaliblərinə, həmçinin yarışın hakimlərinə
məktəb Valideyn-Müəllim Assosiasiyası tərəfindən xatirə
hədiyyələri təqdim olunub.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |