Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

"Biomüxtəlifliyimizi qoruyaq!" adlı aksiya

 

Mayın 18-də Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi və "Təbiətin dostları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Biomüxtəlifliyimizi qoruyaq!" adlı maarifləndirici aksiya keçirilib.

22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş aksiyanın məqsədi gəncləri və bütün təbiəti sevənləri Azərbaycanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış etmək, onları təbiətə qarşı daha diqqətli olmağa səsləməkdir.

Otuza yaxın gənc velosipedçi üzərində "Təbiətimizi qoruyaq!" şüarı olan köynəklərdə paytaxt sakinlərinin diqqətini cəlb edib. Sonra tədbir AMEA-nın Mərkəzi Nəbatat Bağında davam edib. Burada "Biomüxtəlifliyimizi qoruyaq!" mövzusunda seminar keçirilib. Seminarda çıxış edənlər Azərbaycanın zəngin biomüxtəlifliyi haqqında məlumat verib, ekoloji maarifləndirmənin əhəmiyyətindən danışıblar.   Mərkəzi Nəbatat Bağında həmçinin açıq səma altında Azərbaycanın zəngin təbiətinə və biomüxtəlifliyinə aid fotosərgi keçirilib, bağa ekskursiya təşkil olunub.

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi 2001-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində nümayəndəlik Azərbaycanda biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirib.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov