Mayın
22-də Bakıdakı 20 nömrəli məktəb-liseydə 28 May
Respublika Gününə həsr olunmuş tədbir keçirildi. Dövlət
himni ifa olunduqdan sonra dahi bəstəkar Üzeyir
Hacıbəylinin "Koroğlu" uvertürasının sədaları altında
üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi.
Sonra səhnə birincilərin ixtiyarına verildi. Onlar
Vətənimizə, üçrəngli bayrağımıza, müstəqillik gününə
həsr olunmuş şeirlər söylədilər, bir-birindən maraqlı
mahnılar ifa edib, həmin günü unudulmaz xatirəyə
çevirdilər.
Məktəb-liseyin direktor əvəzi Elşad Məmmədov bayram
münasibəti ilə müəllimləri, şagirdləri və onların
valideynlərini təbrik etdi və 28 May Respublika Günü
haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbir şagirdlərin maraqlı çıxışları ilə başa çatdı.
R.ZİYADOV,
"Azərbaycan müəllimi" |