Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud
uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş
verən hadisə ilə bağlı ötən gün mediada yayılan videoya
dair çoxsaylı sorğulara cavab olaraq deyə bilərik ki, bu
məsələnin araşdırılması bilavasitə təhsil naziri Mikayıl
Cabbarovun şəxsi nəzarətinə götürülüb.
Hadisənin ilkin araşdırılması zamanı hər iki dövlət
qurumunun -Təhsil Nazirliyinin və Daxili İşlər
Nazirliyinin bir-birindən müstəqil şəkildə eyni nəticəyə
gəlməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən
məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə
yoxlama məqsədilə xüsusi komissiya yaradılıb.
Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli
internat məktəbinin rəhbərliyi və məsələdə adı
hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti
kənarlaşdırılıb və təhsil müəssisəsinin idarə olunması
Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə
olunub.
Komissiyanın ilkin araşdırması zamanı gəlinən qənaət bu
olub ki, ötən gün mediada yayılan video həmin gün deyil,
daha öncə çəkilib və hər iki dövlət qurumunun məsələ ilə
bağlı rəsmi açıqlaması yayıldıqdan sonra mediaya yol
tapıb. Əgər videonu yayan şəxslərin məqsədi hadisənin
daha operativ və hərtərəfli araşdırılmasına kömək etmək
idisə, bu video daha öncədən dövlət qurumlarına təqdim
olunardı. Dövlət qurumlarına, o cümlədən Təhsil
Nazirliyinə müraciət edilmədən informasiyanın və
videonun rəsmi qurumların ilkin rəyini açıqladıqdan
sonra bu ardıcıllıqla yayılması müəyyən suallar doğurur.
Eyni zamanda hadisənin və ondan sonra gedən proseslərin
başvermə səbəbinin hərtərəfli öyrənilməsi məqsədilə
hüquq-mühafizə orqanlarına müraciət edilib.
Xronoloji arayış:
16 may - İddia olunana görə hadisənin baş verməsi.
19 may - Özünün jurnalist olduğunu iddia edən şəxslərin
internat məktəbinə gəlməsi.
20 may (saat 12:33) - İnformasiyanın Təhsil Nazirliyinə
və digər dövlət qurumlarına müraciət etmədən şəkil əlavə
olunmaqla bizimyol.info saytında yayılması.
20 may - Daxili İşlər Nazirliyi tərəfindən araşdırma və
ilkin nəticələrin açıqlanması.
21 may - Təhsil Nazirliyi tərəfindən press-relizin
yayılması.
21 may (saat 19:06) - İnternat məktəbi şagirdinin
videosunun bizimyol.info saytında yayılması.
www.edu.gov.az |