Qurbanlı
Ayşə Ələddin qızı 1993-cü il mayın 28-də Bakı şəhərində
anadan olub. 2010-cu ildə Bakıdakı 10 nömrəli tam orta
məktəbi bitirib. Uşaq yaşlarından idmana böyük maraq
göstərən Ayşə valideynlərinin razılığı və dəstəyi ilə
2002-ci ildə 9 yaşında cüdo idman növü ilə məşğul olmağa
başlayıb. 2007-ci ilə kimi idman cəmiyyətləri arasında
keçirilən bir çox yarışlarda iştirak edərək yüksək
nəticələr göstərib.
2008-ci ildə 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbində
təcrübəli məşqçi-müəllim Teyyub Məmmədxanlıdan cüdonun
sirlərini daha mükəmməl öyrənməyə başlayıb.
Dəfələrlə yeniyetmələr arasında cüdo üzrə keçirilən
Azərbaycan birinciliyinin qalibidir. Beynəlxalq
turnirlərdə dəfələrlə iştirak edib. 2008-2009-cu
illərdə beynəlxalq turnirin birincisi, Türkiyədə
keçirilən Avropa kubokunun qalibi olub. 2013-cü il 12-14
iyul tarixlərində isə Polşada Beynəlxalq Cüdo
Federasiyası tərəfindən gənclər arasında keçirilən
Avropa kuboku uğrunda yarışda 48 kq çəki dərəcəsi üzrə
fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda
Azərbaycanın cüdo üzrə milli yığma komandasının
tərkibində məşqlər keçərək daha böyük qələbələrə
hazırlaşır. Ən böyük arzusu dünya və olimpiya çempionu
olmaqdır. Biz də bu çətin və şərəfli işində ona
uğurlar arzulayırıq.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |