Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 
Təhsilimizin uğurları

İki şagirdimiz beynəlxalq olimpiadanın qalibi oldu

 

Məktəblilərin kimya üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasının nəticələri açıqlanıb.

Mayın 11-dən 18-dək Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilmiş olimpiadada iştirak edən 6 Azərbaycan məktəblisindən ikisi yüksək yer tutub. Qiymətləndirmənin nəticələrinə əsasən, Murad Rəhimov və Cavid Əhmədov bürünc medala layiq görülüb. Qalan 4 məktəbli - Dilqəm Əhmədli, Şamil Həsənli, Kərim Kərimli və Sergey Styopin iştirakçı diplomu ilə təltif olunub. Bürünc medal qazananlar Gəncə və Ağdaş məktəblərinin şagirdləridir. Diploma layiq görülənlər isə Şirvan, Bakı və Gəncə məktəbliləridir.

Ən yüksək bal yığan 4 şagird - Kərim Kərimli, Murad Rəhimov, Cavid Əhmədov, Dilqəm Əhmədli iyulun 20-də Vyetnamın paytaxtı Hanoyda keçiriləcək kimya fənni üzrə 46-cı Dünya Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında 16 ölkə iştirak edib. Bilik yarışı 2 nəzəri və 1 təcrübi olmaqla, 3 mərhələdən ibarət olub.

Azərbaycandan olimpiadada iştirak edəcək məktəbliləri seçmək üçün Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan və rus dillərində yazılı imtahan keçiriblər. Seçilmiş şagirdlərin olimpiadada uğurlu iştirakını təmin etmək üçün onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsində xüsusi hazırlıq keçiblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov