Təhsil
Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin 16 gənc rəssamı Norveçdə keçirilən "Geniş
ata dünyası" beynəlxalq rəsm sərgisinin mükafatçıları
sırasına daxil olub.
Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyi tərəfindən 16 gənc
azərbaycanlı rəssama sərgidəki nailiyyətlərinə görə
sertifikat göndərilib və Nizami Rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinə həmin layihədə fəal iştirakına
görə təşəkkür bildirilib. Eyni zamanda keçiriləcək
növbəti rəsm sərgisində iştirak etmək üçün təşkilat
komitəsi tərəfindən mərkəzə dəvət məktubu gəlib.
Qeyd edək ki, Norveçin Oslo şəhərindəki Beynəlxalq
Uşaqların Rəsm Muzeyi tərəfindən keçirilən "Geniş ata
dünyası" beynəlxalq layihəsində iştirak etmək məqsədilə
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Rəsm"
studiyasının 18 yaşadək olan üzvləri bu mövzuda rəsm
işləri çəkib və əsərlər Norveçə göndərilib. Bu ilin
əvvəlində Beynəlxalq Uşaqların Rəsm Muzeyində "Geniş ata
dünyası" mövzusunda dünyanın müxtəlif ölkələrinin
uşaqları tərəfindən göndərilmiş rəsm əsərlərinin yekun
sərgisi keçirilib. Mütəxəssislərin rəyinə əsasən, Təhsil
Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin 16 gənc rəssamı sertifikata layiq görülüb.
Gənc rəssamlarımızı təbrik edir və onlardan yeni-yeni
uğurlar gözləyirik.
www.edu.gov.az |