Müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı
Bakı şəhəri üzrə 12 rayonda müəllimlərlə keçirilən
görüşlər davam etməkdədir. Görüşlərdə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəsmi nümayəndələri tərəfindən
müəllimlərin sualları cavablandırılır, sınaq
qiymətləndirilməsinin məqsədi və mahiyyəti haqqında
ətraflı məlumat verilir.
Artıq Səbail, Yasamal, Binəqədi, Suraxanı və Xətai
rayonları üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə
görüşlər keçirilmişdir. Mayın 21-də Nəsimi rayon
məktəbləri üçün müəllimlərlə görüş 159 nömrəli məktəbdə,
Xəzər rayonu məktəbləri üçün müəllimlərlə görüş isə 183
nömrəli məktəbdə, mayın 22-si Nizami rayonu məktəbləri
üçün 210 nömrəli məktəbdə, Qaradağ rayonu məktəbləri
üçün 273 nömrəli məktəbdə keçirilib.
Qeyd edək ki, mayın 23-ü Nərimanov və Pirallahı rayon
məktəbləri üçün 258 nömrəli məktəbdə (saat 11:00),
Sabunçu rayonu məktəbləri üçün 271 nömrəli məktəbdə
(saat 15:00) görüş keçiriləcəkdir.
www.bakuedu.gov.az |