Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Ölkəmizin AŞ-nın Nazirlər Kabinetində sədrliyi çərçivəsində reallaşdırılan ilk tədbir

 

Böyütmək üçün şəkili seçinMayın 20-də Bakıda Avropa Şurasının Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Təhsil Şəbəkəsinin Əlaqələndiricilərinin XXI iclası işə başlayıb.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Həssas vəziyyətdə uşaqlar: vətəndaşlıq və insan hüquqları təhsili vasitəsilə dəyişiklik" adı altında keçirilən ikigünlük iclas Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində reallaşdırılan ilk tədbirdir.

İclasın açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov və Avropa Şurasının təhsil idarəsinin rəisi Şur Berqan çıxış ediblər.

İclasın işinə Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Avropa Şurası üzv ölkələrinin mütəxəssisləri və Avropa Şurası Katibliyinin əməkdaşları qatılıblar.

İclas mayın 21-də öz işini başa çatdırıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov