Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

"Müəllimlərin etik davranış qaydaları"nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 21.3-cü bəndinin icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Müəllimlərin etik davranış qaydaları"nın tətbiq edilməsi məqsədilə, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. "Müəllimlərin etik davranış qaydaları" təsdiq edilsin.

2. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət növündən asılı olmayaraq bütün tipdən və növdən olan təhsil müəssisələrinin rəhbərləri müəllimlərin bu qaydalarla tanış olmasını və qaydalara riayət olunmasını təmin etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin, "Müəllimlərin etik davranış qaydaları"nın "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilsin.

Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
16 may 2014-cü il 
 

Müəllimlərin etik davranış qaydaları

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov