Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Yeniyetmə güləşçilərimiz II Olimpiya Oyunlarına lisenziya qazanıblar

 

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında çıxışını başa vuran yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri Vətənə qayıtmışlar.

AzərTAc xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılamışlar.

Çempionatın son iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanmışlar. Çempionatda 50 və 69 kiloqram çəki dərəcələrində finala yüksələn güləşçilərimiz Nanjinqdə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına 2 lisenziyanı da təmin etmişlər.

Yığma komandamızın böyük məşqçisi Nurəddin Rəcəbov demişdir ki, çempionata ciddi hazırlaşmışdıq. Əsas məqsədimiz yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyalar qazanmaq idi. Buna da nail olduq. Federasiya rəhbərliyi tərəfindən hazırlıqlarımız üçün maksimum şərait yaradılmışdı. Bildiyiniz kimi, Avropa çempionatlarında yunan-Roma güləşi yarışları daha gərgin keçir. Biz də əsas məqsədimiz olan Olimpiya lisenziyalarını qazanmaqla etimadı doğrultmağa çalışdıq. Qarşıda bizi dünya çempionatı və Olimpiya Oyunları gözləyir. Çalışacağıq ki, orada da qızıl medallar qazanmaqla xalqımızı sevindirək.

"Nanjinq-2014"ə vəsiqəni qızıl medalla qazanan Cabbar Nəcəfov və İslambek Dadov həm Avropa çempionu olduqları, həm də Olimpiya Oyunlarına lisenziya qazandıqları üçün sevindiklərini bildirmiş, Olimpiada da eyni uğuru təkrarlamağa çalışacaqlarını qeyd etmişlər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov