Mayın
5-dən 10-dək Təhsil Nazirliyinin "Təhsil" Respublika
İdman Mərkəzinin yeniyetmələr arasında ümummilli lider
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
olunmuş boks üzrə respublika birinciliyi keçirilib.
Birincilikdə 18 çəki dərəcəsi üzrə 14-15 yaşlı yeniyetmə
boksçulardan ibarət 16 komanda iştirak edib. Ölkə
miqyaslı yarışa ümumilikdə 170 boksçu qatılıb.
5 gün davam edən mübarizədən sonra 1 saylı Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbi ümumi komanda hesabında yarışın qalibi
olub. İkinci yeri "Təhsil" Respublika İdman Mərkəzinin
Gəncə filialı, üçüncü yeri Neftçala rayon Uşaq-Gənclər
İdman Məktəbi tutub. Bundan başqa, hər bir çəki üzrə
şəxsi hesabda I, II və III yerləri tutan boksçular da
müəyyənləşdirilib.
Qaliblər Təhsil Nazirliyinin diplomları və medalları ilə
mükafatlandırılıblar. İlk 3 yeri tutan komandalara
kuboklar təqdim olunub.
Ətraflı məlumat üçün:
www.
edu.gov.az |