Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Zaqatala rayonunda "İnnovativ müəllimlər" qrupları yaradılıb

 

 Təhsil Nazirliyinin elan etdiyi "İctimai təşəbbüslərin dəstəklənməsi" müsabiqəsində Zaqatala rayon Humanitar fənlər gimnaziyasının informatika müəllimi Bahar İsmayılovanın qalibi olduğu Təhsil Nazirliyinin maliyyələşdirdiyi, RTŞ dəstəyi ilə "Zaqatala rayonunda "İnnovativ müəllimlər" qrupunun yaradılması və onların köməyi ilə müəllimlərin yeni təlim metodlarının tətbiqi faizinin yüksəldilməsi" layihəsi 4-cü aydır ki, uğurla həyata keçirilir.

Rayonun hər məktəbindən bir-iki müəllim olmaqla müxtəlif fənn müəllimlərindən, tədris işləri üzrə direktor müavinlərindən ibarət iki qrupa Z.Əliyeva adına liseydə şənbə və bazar günləri təlimlər keçirilir. Təlimlər layihə rəhbəri, respublikanın əməkdar müəllimi, UNİCEF, Təhsil Nazirliyi və "Mədəd" MMC birgə layihəsi əsasında "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim" və digər təlimlər üzrə təlimçi Bahar İsmayılova, "Süheyl-Kreo" təşəbbüs qrupunun üzvü, Zaqatala Tədris Mərkəzinin direktoru Cavanşir Ağayev tərəfindən aparılır.

İştirakçılar təlimlər zamanı nümunəvi inteqrativ dərslər nümayiş etdirir, elektron təhsil vəsaitləri hazırlayırlar. Artıq "İnnovativ müəllimlər" qrupu yaradılmış və fəaliyyətə başlamışdır. Hazırlanan elektron tədris vəsaitlərindən bir neçəsi www.biaz.ucoz.net saytında yerləşdirilmişdir. İştirakçılar işlədikləri məktəblərin müəllimlərinə də nümunəvi, inteqrativ dərslər üçün icmallar, elektron tədris vəsaitləri (ETV) hazırlamaqda kömək edirlər.

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında da əsasən III, IV qrup tələbələrindən ibarət "İnnovativ tələbələr" qrupu yaradılmışdır. Qrupun üzvləri müxtəlif tələbə elmi-tədqiqat işləri aparır, müəllimləri ilə birgə layihə üsulundan istifadə etməklə müxtəlif mövzularda hazırladıqları təqdimat, buklet və bülletenlərdən mühazirə və seminarlarda, pedaqoji praktika zamanı istifadə edirlər. Təlimin sonunda nümunəvi dərs icmallarından ibarət broşür hazırlanacaq və Azərbaycan Təhsil Problemləri İnstitutunun "Kurikulum mərkəzi"nə təqdim ediləcəkdir. Hazırlanan elektron təhsil vəsaitləri isə www.biaz.ucoz.net saytında açılacaq yeni bölmədə yerləşdiriləcəkdir.

Bakı Modern Məktəbi, Z.Əliyeva adına lisey, Bakı Avropa liseyi, Xəzər Enerji Mərkəzinə, tədris-təcrübə məqsədli ezamiyyə təşkil olunması nəzərdə tutulmuşdur. Təlimin sonunda AMİ Zaqatala filialında konfrans keçiriləcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov