Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Naxçıvan Özəl Universitetində növbəti məşğələ

 

Naxçıvan Özəl Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Heydər Əliyev lektoriyası"nın növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.

Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli "Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi" mövzusunda məruzə edib. Bildirilib ki, Azərbaycan dövlətinin milli dövlətçilik ideyaları zəminində formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Ötən əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycanda, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mürəkkəb ictimai-siyasi hadisələr yaşanıb. Həmin tarixi hadisələrin başlandığı dövr ölkəmiz üçün çətin və ağır olsa da, dahi şəxsiyyətin Vətənə qayıtması ilə bu çətinliklər aradan qaldırılıb. Məhz ümummilli liderin Naxçıvana gəlişi ilə o zamankı Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalan Naxçıvanın təhlükəsizliyi təmin olunub, onun muxtariyyət statusu gündəmə gətirilib.

Qeyd olunub ki, 1921-ci ildə Azərbaycan tərəfinin gərgin diplomatik mübarizəsi nəticəsində imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvana muxtariyyət statusu verilib. Ötən əsrin sonlarında mənfur ermənilərin Naxçıvanı işğal etmək planlarının qarşısı dahi şəxsiyyət Heydər Əliyevin qətiyyəti, prinsipiallığı və adıçəkilən müqavilənin gündəmə gətirilməsi ilə alınıb.

Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slaydlara baxıblar. 

Naxçıvan Özəl Universitetinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov