Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun
ayında keçirilməsi nəzərdə tutulan paytaxtın
ümumtəhsil məktəblərində çalışan müəllimlərin
bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi
ilə bağlı hazırlıqlara artıq başlanılıb. Bu
məqsədlə, Bakı şəhərinin ümumtəhsil
müəssisələrinin direktorları ilə görüş
keçirilmişdir. Görüş zamanı məktəb direktorları
Sınaq Qiymətləndirilməsinin əsas məqsəd və
mahiyyəti barədə məlumatlandırılmış və sualları
cavablandırılmışdır. Bununla yanaşı paytaxtın 12
rayonu üzrə ümumtəhsil müəssisələrində dərs
deyən müəllimlərlə də yerlərdə görüşlərin
keçirilməsinə və onların da Sınaq
Qiymətləndirilməsi barədə məlumatlandırılmasına
başlanacaqdır.
Nəzərə çatdıraq ki, Sınaq Qiymətləndirilməsi
diaqnostik tədqiqat xarakteri daşıyır və
müəllimlərin attestasiyasına hazırlıq məqsədilə
keçirilir.
BŞTİ-nin Mətbuat xidməti |