Təhsil naziri Mikayıl Cabbarovun 19 may 2014-cü il
tarixində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2014-cü ilin may ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar
rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında
dəyişiklik edilib. Belə ki, təhsil naziri Mikayıl
Cabbarov 26 may 2014-cü il tarixində saat 11:00-da
Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan,
Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında
yaşayan vətəndaşları qəbul edəcək.
Qeyd edək ki, 29, 30 aprel və 1, 2 may 2014-cü il
tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat
Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt"
xidməti) zəng edərək və ya "Elektron müraciət" bölməsi
www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
vasitəsilə qeydiyyatdan keçmiş vətəndaşlar 26 may
2014-cü il tarixində qəbul ediləcəklər. |