Mayın
12-də Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan
Dövlət İqtisad Universitetində SABAH qrupları ilə bağlı
təqdimat keçirib.
Təqdimatdan əvvəl universitetin rektoru Ədalət Muradov
çıxış edərək SABAH qruplarının yaradılmasının
əhəmiyyətini açıqlayıb. Rektor Azərbaycan Dövlət İqtisad
Universitetində 9 ixtisas üzrə SABAH baza qruplarının
yaradılacağını xatırladıb.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov
SABAH qrupları ilə bağlı geniş məlumat verib. Yeni
qrupların yaradılması təhsilin keyfiyyətinin daha da
yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının
artırılması istiqamətində əhəmiyyətli addım olacaq.
Qeyd olunub ki, SABAH qrupları 8 daha müasir ali təhsil
müəssisəsinin bazasında yaradılacaq. Birinci semestrdə
61-dən çox bal yığan tələbələr SABAH qrupuna daxil olmaq
şansı qazanacaqlar. Bunun üçün onlar
www.sabah.edu.az saytı vasitəsilə elektron
ərizə verməli və müsabiqədə iştirak etməlidirlər.
Təhsil Nazirliyinin nümayəndələri SABAH qrupları
layihəsi ilə bağlı təqdimatı keçirdikdən sonra
universitetin müəllim-professor heyətinin və tələbələrin
çoxsaylı suallarını cavablandırıblar.
Tələbələri daha çox maraqlandıran suallarla əlaqədar
bildirilib ki, SABAH qruplarında təhsil alanlar ödənişli
və ya dövlət sifarişi ilə oxumasından asılı olmayaraq
təqaüd alacaqlar. Eyni zamanda həmin qruplarda təhsil
alan və aztəminatlı ailədən olan tələbələr yataqxana ilə
təmin olunacaqlar. Qrupun tələbələri üçün mütəmadi
olaraq ictimai xadimlərlə, şirkət rəhbərləri ilə, dövlət
qurumlarının təmsilçiləri ilə görüşlər təşkil ediləcək.
SABAHın fərqlənənləri xarici ölkələrdə təcrübəyə
göndəriləcək.
www.edu.gov.az |