Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək

 

Böyütmək üçün şəkili seçinBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında BŞTİ-nin müdir müavini əvəzi Elnur Əliyev, müdir müavini Hüseyn Əsgərov, təhsil üzrə ekspert Asif Cahangirov KİV nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaqdır.

Sınaq Qiymətləndirilməsinin fənn istiqaməti - müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcəkdir.

Sınaq Qiymətləndirilməsinin metodika istiqaməti üzrə tapşırıqları - kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı,  şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir.

Kommunikativ qabiliyyətə dair sorğu - müəllimlərin sagirdlərlə ünsiyyət qurmaq, özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir.

Nəzərinizə çatdıraq ki, Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.

Qiymətləndirilmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəblərdə təşkil olunacaq və  2 saat davam edəcəkdir.

Sınaq Qiymətləndirilməsi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılmasına başlanılması nəzərdə tutulur.

Qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin peşə fəaliyyəti stimullaşdırıcı meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaqdır. Bu proses, həmçinin müəllimlərin ixtisasartırılması və yenidənhazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə, təhsilin  keyfiyyətinin  yüksəlməsini təmin edəcək, əmək fəaliyyətinin və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaqdır. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov