Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və
dahi şəxsiyyətin adını daşıyan fondun yaradılmasının 10
illiyi münasibətilə uşaq evləri və internat
məktəblərinin sakinləri üçün bayram şənliyi
keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
tədbirdə iştirak etmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə keçirilən tədbirdə uşaq evi və internat
məktəblərinin 200-dən çox sakininə bayram süfrəsi
açılmışdır.
Leyla Əliyeva uşaqlarla süfrə ətrafında söhbət etmişdir.
Şənlikdə iştirak edən uşaqlar onlar üçün təşkil edilən
konsert proqramından və müxtəlif viktorinalardan zövq
almış, cizgi filmlərinin personajları ilə yaxından tanış
olmaq imkanı qazanmışlar. Uşaqlara hədiyyələr təqdim
olunmuşdur.
Ümummilli liderin adını daşıyan fond müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan,
onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq
fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli
dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq
zərurətindən irəli gələrək yaradılmışdır. 2004-cü ildə
fəaliyyətə başlayan fond təhsil, səhiyyə, mədəniyyət,
idman, elm və texnologiya, ekologiya, sosial və digər
sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni
cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin
sosial-iqtisadi inkişafına öz töhfələrini verir.
AzərTAc |