| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Milli Konservatoriyasının maddi-texniki 
						bazasını möhkəmləndirmək məqsədi ilə Azərbaycan 
						Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə 
						tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat 
						Fondundan Azərbaycan Milli Konservatoriyasına 1,0 (bir) 
						milyon manat ayrılsın. 
						
						2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu 
						sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə 
						maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 14 may 2014-cü il
 |