Bakının Xətai rayonunda ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş olimpiya sistemi ilə mini-futbol
üzrə rayon birinciliyi keçirilib.
Yarışlarda rayonun 33 komandası iştirak edib. Finalda
Heydər Əliyev adına lisey və 29 nömrəli tam orta
məktəbin komandaları qarşılaşıb. Qarşılaşmada Heydər
Əliyev adına liseyin komandası 3:2 hesabı ilə qalib
gələrək I yerə layiq görülüb. III-IV yer uğrunda isə 63
və 269 nömrəli tam orta məktəblər mübarizə aparıb.
Oyun sonrası vurulan onbirmetrlik cərimə zərbələrindən
sonra rəqibinə 2:1 hesabı ilə qalib gələn 269 nömrəli
tam orta məktəb III yerə çıxıb. Qalib komandalara
qiymətli hədiyyələr və diplomlar təqdim olunub.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |