Aprelin
23-də Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər
və İdman İdarəsi Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü
rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin asudə
vaxtının səmərəli təşkili, idman və sağlam həyat tərzini
təbliğ etmək, ən güclü futbolçuları aşkar etmək, bu
idman növünü rayonda inkişaf etdirmək, "2005-2015-ci
illərdə Azərbaycan Respublikasında futbolun inkişafına
dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə
futbol üzrə rayon turniri keçirib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa
İslamov, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan
Partiyasının Xəzər rayon təşkilatının sədri Namik
Əhmədov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi
Vüqar Əliyev, "Azal" Futbol Klubunun vitse-prezidentləri
Elşad Babayev, Fikrət Hüseynov, "Silk Way"
Aviaşirkətinin İnfrastruktur İdarəsinin rəisi Fariz
Sultanov iştirak ediblər. Yarışlar "Dalğa Arena" və
"Azal Arena" stadionunda keçirilib. Ümumilikdə rayon
turnirində 8 komanda tərkibində 216 nəfər futbolçu
iştirak edib. Yarışda I, II və III yerləri tutmuş
komandalar Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon
Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplomlar və
hədiyyələrlə mükafatlandırılıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |