Bakının
Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə
tədbirlər çərçivəsində idman oyunları keçirilib. Orta
məktəb şagirdləri arasında müxtəlif idman növləri üzrə
nümunəvi çıxışlar olub, rayon ərazisində yerləşən ali
təhsil ocaqlarının tələbələri arasında mini-futbol
turniri gerçəkləşib.
Bədii yaradıcılıq kollektivləri rəqs və musiqi
bacarıqlarını nümayiş etdiriblər. Tədbirdə Bakı Şəhər
Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Nəsimi
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə
Verdiyeva və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin
rəisi Elbrus Abdullayev çıxış edərək, dahi öndərin həyat
və fəaliyyətindən, dövlət gənclər siyasətindən, onların
gələcək rifahı üçün atılan addımlardan və bu kimi
görülən işlərdən, ümummilli liderin müstəqil
Azərbaycanda dövlət quruculuğu istiqamətində apardığı
siyasətdən danışıblar.
Tədbirin sonunda Nəsimi rayonu üzrə idman, gənclər və
mədəniyyət sahəsində fərqlənmiş bir qrup gənc fəxri
fərmanla təltif olunub. |