Salyan Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr
arasında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş cüdo üzrə turnir
keçirilmişdir.
AzərTAc xəbər verir ki, turnirin keçirilməsində məqsəd
ümummilli liderin xatirəsini əbədiləşdirmək, cüdonun
kütləviliyinə nail olmaq, perspektivli idmançıları
müəyyən etmək və yeniyetmələrdə vətənpərvərlik ruhunu
aşılamaqdır.
Yarışda 7 rayon və şəhərdən 150-yə yaxın idmançı iki yaş
qrupunda mübarizə aparmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Salyan
komandası birinci, Şirvan kollektivi ikinci, Biləsuvar
cüdoçuları isə üçüncü olmuşlar.
Sonda mükafatçılar Salyan Rayon Gənclər və İdman
İdarəsinin diplom və medalları ilə təltif olunmuşlar.
|