Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Teymurun NASA yolu

 

Türkiyənin İstanbul Texniki Universitetinin 240 illik tarixi ərzində ilk və yeganə ən yüksək bal toplayan məzunu

20 il təhsil almaq və bu müddətdə yalnız əla qiymətlərlə oxumaq... Orta məktəbi 9 ilə başa vurmaq, dünyaca tanınmış İstanbul Texniki Universitetinin 240 illik tarixi ərzində ilk və yeganə ən yüksək ballı məzunu olmaq... Bütün bu qibtə doğuracaq nailiyyətlərin sahibi soydaşımız Teymur Sadıxovdur. Bakı şəhərindəki 211 nömrəli orta məktəbin məzunu...

Teymur İstanbul Texniki Universitetində bakalvriat səviyyəsində dövlət xətti ilə təhsil alıb, ABŞ-ın Corciya Texnologiya İnstitutunun magistratura təhsilini dövlət proqramı ilə davam etdirmişdir. Hazırda Teymur Sadıxov Corciya Texnologiya İnstitutunda doktorantura (Phd) səviyyəsində təhsil alır.

Ancaq bu, hələ hamısı deyil - Teymur dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlıdır.

27 yaşlı soydaşımız hazırda NASA-nın Jet Propulsion laboratoriyasında Robotik Sistemlərin Qiymətləndirilməsi, Qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars planetində olan Curiosity Rover-in avtonom idarə olunması, eləcə də JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin iştirakçısıdır.

İstanbul Texniki Universitetinin təyyarə və kosmik elmlər fakültəsində təyyarə mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıxov hələ tələbə ikən dik və qısa məsafədə havaya qalxan və enən nəqliyyat vasitələrinin simulyasiyası və nəzarəti ilə bağlı elmi araşdırmalar aparıb. Bundan başqa o, yanacaq hüceyrəsi ilə çalışan yarış avtomobilinin manual nəzarətdən avtonom idarəetməyə keçirilməsi üzərində işləyib. İşinin çoxluğuna baxmayaraq, Teymur təhsilini davam etdirmək arzusunu həyata keçirməyə tələsirdi. Belə bir perspektivli gəncin üzünə dünyanın bütün universitetlərinin qapısı açıq idi. O, indiyədək xaricdə təhsil almış yeganə azərbaycanlıdır ki, təhsilin növbəti pilləsi üçün müraciət etdiyi 10 tanınmış ali məktəbin hamısından müsbət cavab alıb və təhsil müddətində ona yüksək təqaüd təklif olunub.

2008-ci ildə Kaliforniya Universitetinin San-Diego Mexanika və Aerokosmik Mühəndislik fakültəsində "Powell" fondu təqaüdçüsü olaraq elmi təhsilə başlayan soydaşımız çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı nəzarəti üçün alqoritmlər üzrə elmi tədqiqat aparıb.

2010-cu ildə isə məşhur alim Vassim M.Haddadın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik Mühəndisliyi fakültəsinə malik Corciya Texnologiya İnstitutunda təhsilə başlayıb və hazırda burada doktorantura dərəcəsinə namizəddir. Teymur 2013-cü ildə "United Technologies Corporation" təşkilatının elmi-tədqiqat mərkəzinin Avtonom və Ağıllı Robotik Sistemlər Laboratoriyasında avtonom vertolyotların şəhər mühitində qəzasız optimal trayektoriya planlaması ilə əlaqəli elmi tədqiqatla məşğul olub. Bu layihə vertolyotların avtonomlaşdırılması üçün planlaşdırılıb.

Soydaşımızın uğurlu elmi-tədqiqat layihələri bununla bitmir. Müasir dünyada ən qabaqcıl texnologiyaların cəmləşdiyi aerokosmik sahədə tanınmış alimlərlə çiyin-çiyinə çalışan Teymur Sadıxovun ən böyük arzusu bu sahədə öz sözünü deməkdir.

Teymur, biz sənə uğurlar arzulayırıq!

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov