Bakı Qida Sənayesi Kollecinin "Gənclərin çağırışaqədərki
hazırlığı və fiziki tərbiyə" fənn birləşməsinin
tədbirlər planına uyğun olaraq ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş
"Vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur"
devizi altında tələbələr arasında pnevmatik tüfəngdən
güllə atıcılığı və oğlanlar arasında dama yarışı
keçirilmişdir.
"Atəş" komandası üzrə hər bir tələbə 5 güllə ilə atəş
açmaqla mümkün olan 50 xal toplamalı idi.
Yarışda ən yaxşı nəticəni 580 r qrupunun tələbəsi Elşən
Tacızadə göstərmişdir. İkinci və üçüncü yerlərə 580 r və
561-ci qrupun tələbələri Vladimir Puçkov və Rahib
Mikayılov çıxmışdır.
Dama yarışında ilkin oyunlardan sonra finalda 12 tələbə
qələbə uğrunda yarışmışdır. Dairəvi keçirilən oyunda
1382-ci qrupun (qiyabi) tələbəsi İsa İsmayılov
birinciliyin qalibi olmuşdur.
İkinci yeri 581 r qrupunun tələbəsi Əliyar Abbasov,
üçüncü yeri isə 578-ci qrupun tələbəsi Həsənağa Xıdırov
tutmuşdur.
Akif KƏRİMLİ |