Təhsil
Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt"
xidməti, telefon: 146), Kommutator Xidmətinə daxil olan
zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü
ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə
bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 3961 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox),
Kommutator Xidmətinə isə 5600-ə yaxın zəng daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 5023 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş 8984 müraciətin 6220-si
(müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal
cavablandırılıb və operativ həll edilib. Vətəndaşların
Qəbulu Mərkəzində 1678 vətəndaşdan ərizə (661 ədəd),
məktub (794 ədəd) və digər sənədlər (223 ədəd) qəbul
olunub və qeydiyyata alınıb. 1035 vətəndaş sorğularına
uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin
müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların şikayət xarakterli 51 müraciəti isə xüsusi
proqram vasitəsilə qeydiyyata alınaraq araşdırılması
üçün nazirliyin müvafiq struktur bölmələrinə
yönləndirilib. Onlardan 41-i ümumtəhsil məktəblərinin
(Bakı şəhərindəki məktəblərin fəaliyyəti ilə əlaqədar 28
müraciət daxil olub) fəaliyyətinə aid olan müxtəlif
məsələlərlə bağlıdır.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin
alınması, diplomların tanınması üçün tələb olunan
sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə
bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox
həftənin bazar ertəsi (830 zəng), çərşənbə axşamı (924
zəng) və çərşənbə (846 zəng) günləri, əsasən, saat
10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət
olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox
həftənin çərşənbə axşamı (1209 müraciət) və çərşənbə
günləri (1150 müraciət), əsasən, saat 10:00-dan
12:00-dək və 14:00-dan 16:30-dək müraciət edilib.
www.edu.gov.az |