Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Şuşanın işğalından 22 il keçdi

 

Mayın 8-də Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə Şuşanın işğalının 22-ci ildönümü ilə əlaqədar  "Şuşanın tarixi keçmişi, bu günü və sabahı" adlı geniş tədbir keçirilib. Məktəbin dil-ədəbiyyat müəllimi Gülarə İbayeva tədbiri açıq elan etdikdən sonra Şuşa şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra məktəbin müəllim və şagird kollektivi qonaqlarla  birlikdə Azərbaycanın Dövlət himnini oxuyublar. Məktəbin direktoru, şəhid bacısı Tahirə Şükürova öz çıxışında qeyd edib ki, Şuşamızın  Ermənistan ordusu tərəfindən işğal edilməsindən 22 il ötür. Eramızın II əsrindən tarixi mövcudluğu bəlli olan Şuşa XVIII əsrin 50-ci illərində Qarabağ xanı Pənahəli xan tərəfindən bərpa edilib və sonradan Azərbaycanın  mədəniyyət mərkəzlərindən birinə çevrilib. Xalqımızın bir çox görkəmli şəxsiyyətləri bu şəhərdə doğulub. Bu gün  hamımız bütün əsir torpaqlarımıza, o cümlədən Şuşaya qovuşacağımız günün intizarındayıq. Şükürlər olsun ki, artıq Azərbaycanın güclü və mütəşəkkil ordusu var və Qarabağ münaqişəsinin həlli dinc yolla baş tutmayacağı təqdirdə, mən əminliklə deyirəm ki,  Azərbaycanın müzəffər ordusu Şuşanı və bütün Qarabağı düşmən tapdağından xilas edə biləcək. Əziz balalarımız! Azərbaycanın sabahı siz gənclərin əlindədir. Mən arzu edirəm ki, Şuşaya bayraq sancmaq şərəfi bizim məktəbin məzunlarından birinə- sizlərə nəsub olsun. Sizə qalib ölkənin yüksək təhsilə malik vətəndaşları olmağı arzulayıram.

Dəvətlilərdən Xocalı sakini Şamil Sabiroğlu, Qarabağ müharibəsi veteranı, tibb bacısı Sevda Səfərova  öz çıxışlarında Şuşa haqqında arzularını dilə gətirdilər. Tədbirin gedişi boyunca  fəal şagirdlərdən Fərid Əzimov, Günel İsaxanova, Emil Kərimzadə, İsmayıl Umudlu, Emin Abdullayevin ifasında Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Xurşidbanu Natəvanın əsərlərindən  seçilmiş səhnəciklər nümayiş etdirildi, Bülbülün, Xanın repertuarından musiqilər səsləndirildi. Aytac Səlimova, Gündüz Kərimov, Nicat Hacıyev, Əsmər Cavadzadə, Mehnur Şıxəliyev, Sevinc Vəlizadə və Füruzə Zeynallı tədbirin maraqlı keçməsində fərqləndilər. Nikbin  notlar üstündə başa çatan tədbirin sonunda Azərbaycanın bayrağı qaldırıldı. 

Ellada UMUDLU
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov