Mayın
7-də 18 nömrəli Bakı Peşə Liseyində ümummilli lider
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
olunmuş hərbi marş və təntənəli andiçmə mərasimi
keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra
Hakimiyyətinin, Vergilər Nazirliyinin, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
nümayəndələri və valideynlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı
meydana gətirilib və Dövlət himni səsləndirilib.
Şagirdlər hərbi marşla tamaşaçıların önündən keçib və
təntənəli surətdə hərbi and içiblər.
Mərasimin rəsmi hissəsində çıxış edən qonaqlar gənclərə
hərbi-vətənpərvərlik hisslərinin aşılanmasında belə
tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.
Tədbirdə daha fəal iştirak edən bir qrup şagird liseyin
Fəxri fərmanı və döş nişanı ilə təltif olunub.
Sonra şagirdlər ümummilli liderin xatirəsinə həsr
etdikləri ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.
Tədbir iştirakçıları şagirdlərin əl işləri və rəsmləri,
eləcə də təhsil müəssisəsində yaradılmış müasir
maddi-texniki baza ilə yaxından tanış olublar.
www.edu.gov.az |