Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Heydər Əliyev adına liseydə ümummilli lider sevgi və ehtiramla xatırlandı

 

Böyütmək üçün şəkili seçinMayın 3-də Bakıdakı Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, valideynlər və digər şəxslər iştirak edirdilər. Öncə iştirakçılar liseyin qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xalqımızın, o cümlədən ölkəmizin iqtisadi, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərdiyini bildirdi. Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərini xüsusi vurğulayan direktor ulu öndərin hər iki hakimiyyəti dövründə Azərbaycanda aparılan təhsil quruculuğundan, regionda təhsilin inkişafına göstərilən qayğıdan ətraflı danışdı. Heydər Əliyevin milli təhsilin tərəqqisi və  dünyaya inteqrasiyası istiqamətindəki məqsədyönlü fəaliyyətinin  bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirildi. Ötən il ölkə Prezidenti tərəfindən imzalanan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədinin əhəmiyyətindən söz açıldı.

Liseyin tarix müəllimi Əlipənah Həsənov tədbirdə çıxış edərək qeyd etdi ki, dünyada insan üçün ən böyük nemət azadlıqdırsa, bir dövlət üçün isə müstəqillikdir. Bu baxımdan, bu gün Azərbaycan müstəqil dövlət, vətəndaşları isə azaddır. Müasir Azərbaycanımızın müstəqilliyini dönməz, daimi və əbədi edən, vətəndaşlarına azad və firavan həyat bəxş edən şəxs isə məhz ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş söhbət açan Ə.Həsənov dünya şöhrətli tarixi şəxsiyyətin unudulmaz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını diqqətə çatdırdı.

Tədbirdə çıxış edən  Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, YAP Respublika Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova, Azərbaycan Tibb Universitetinin professoru Məhbubə Vəliyeva və başqaları ümummilli liderin zəngin həyat və fəaliyyətindən söz açdılar.

Tədbirdə liseyin şagirdləri tərəfindən şeirlər söylənildi, mahnılar səsləndirildi. Liseyin "Zərifə" rəqs qrupunun çıxışı iştirakçılarda xoş ovqat yaratdı. Ulu öndər Heydər Əliyev haqqında cəkilmiş klip nümayiş etdirildi.  

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov