"ADA"
Universiteti ilə Türkiyənin Giresun Universiteti
arasında akademik və mədəni əlaqələrin yaradılması və
genişləndirilməsi məqsədi ilə əməkdaşlıq memorandumu
imzalanmışdır.
"ADA" Universitetindən AzərTAc-a bildirilmişdir ki,
memorandumda hər iki universitetin professor-müəllim
heyətinin, o cümlədən tədqiqatçıların və tələbələrin
mübadiləsi, tədqiqat layihələrində qarşılıqlı iştirak,
birgə elmi konfransların, forumların və mədəni
tədbirlərin təşkili, yay proqramlarında qarşılıqlı
iştirak, distant təhsil proqramlarının yaradılması,
kitab və digər elmi resursların mübadiləsi nəzərdə
tutulur.
Memorandum "ADA" Universitetinin rektoru Hafiz Paşayev
və Giresun Universitetinin rektoru Aygün Attar
tərəfindən imzalanmışdır. |