Mayın
5-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş
tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin
rektoru, akademik Abel Məhərrəmov açaraq ulu öndərin
vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs
edib. Bildirib ki, ulu öndərin 91 illik yubileyi ilə
əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı
dövlətçiliyin, milli mənəvi dəyərlərin qorunub
saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin
inkişafı müstəvisində hesabatlar verir. Rektor qeyd edib
ki, hər dəfə dediyim bir fikri bu dəfə də təkrar etmək
istəyirəm: xoşbəxt o xalqdır ki, onun ümummilli lideri
var. Xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs
ölkədə uğurla davam etdirilir. Biz eyni zamanda fəxr
edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin
məzunu və fəxri doktoru olub.
Sonra Azərbaycan Respublikası Prezidenti
Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin
müdiri, professor Əli Həsənov "Heydər Əliyev:
Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri"
mövzusunda məruzə edib.
BDU-nun Gənc Alimlər Şurasının ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə
elan etdiyi müsabiqə qalibləri mükafatlandırılıb.
Sonra professor Əli Həsənovun iştirakı ilə müəllifi
olduğu "Geosiyasət" kitabı BDU-nun kitabxanasına və
beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə
hədiyyə edilib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |