Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Fəaliyyət Planının təsdiqi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq olunmuş  "Azərbaycan Respublikasında  2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın  icrası ilə əlaqədar Təhsil Nazirliyinin  Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin aidiyyəti şöbələri Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi üçün tələb olunan təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini, "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
2 may 2014-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov