Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Müəllimlər arasında şahmat yarışının final mərhələsi keçirilib

 

Böyütmək üçün şəkili seçinAprelin 25-də Azərbaycan Dövlət İqtisad Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 72 nəfər müəllim iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan final bir gün ərzində başa çatıb. İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Cahangir Niftəliyev birinci yerin, Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Anar Bağışov ikinci yerin, Salyan rayonu Dayıkənd kənd tam orta məktəbinin müəllimi Fuad Kazımov üçüncü yerin sahibi olublar.

Qaliblər və fəal iştirakçılar hər iki təşkilatın birgə fəxri fərmanı, diplomu ilə təltif olunub və onlara pul mükafatları verilib.

Qeyd edək ki, şahmatı geniş təbliğ etmək və yaymaq, asudə vaxtı mənalı və səmərəli keçirmək məqsədi ilə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etmək üçün ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsi haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar imzalayıblar. Qərara  uyğun olaraq, yarışın birinci mərhələsi mart ayının 10-dək ümumtəhsil məktəblərində, ikinci mərhələsi aprel ayının10-dək şəhər və rayonlarda keçirilib.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov