Bakı
şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan
Olimpiya İdman Kompleksində 2000-2001-ci il
təvəllüdlülər arasında boks üzrə Bakı şəhər birinciliyi
keçirilib. Birincilikdə 166 idmançı mübarizə aparıb.
Nəticələrə görə 37 kq çəki dərəcəsində Azər Cəfərov (8
nömrəli Uşaq-Gənclər İdman Məktəbi), 38,5 kq çəki
dərəcəsində Nəbi İskəndərov ("Rabitə" İK), 40 kq çəki
dərəcəsində Amid Əlizadə (8 nömrəli UGİM), 41,5 kq
çəki dərəcəsində Əflatun Babayev (Baku Fires İdman
Kompleksi), 43 kq çəki dərəcəsində Ruslan Rüstəmli
(Rabitə İK), 44,5 kq çəki dərəcəsində Amil İlyasov
(Bakı Fires İdman Kompleksi), 46 kq çəki dərəcəsində
Anar Nəcəfov (Bakı Fires İdman Kompleksi), 48 kq çəki
dərəcəsində Murad Əlizadə (Bakı Fires İdman Kompleksi),
50 kq çəki dərəcəsində Musa Əliyev ("Rabitə" İK), 52 kq
çəki dərəcəsində Seyidrza Sadıqzadə ("Gilan" İK), 54
kq çəki dərəcəsində Həsən Məmmədov ("Neftçi" İSM), 56 kq
çəki dərəcəsində Ruslan Məmmədov ("Rabitə" İK), 59 kq
çəki dərəcəsində Zaur Musayev ("Gilan" İK), 62 kq çəki
dərəcəsində Turan Sadiqov ("Gilan" İK), 65 kq çəki
dərəcəsində Kənan İsmayılzadə ("Gilan" İK), 68 kq çəki
dərəcəsində Əli Həsənov ("Neftçi" İSM), 72 kq çəki
dərəcəsində Elturan Abdullayev ("Neftçi" İSM), 76 kq
çəki dərəcəsində Elgün Süleymanov (8 nömrəli UGİM),
+76 kq çəki dərəcəsində Vüqar Səmədov (Bakı Fires İK)
I yerlərə layiq görülüblər.
I, II və III yerləri tutmuş idmançılar Baş İdarə
tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə
hədiyyələri ilə mükafatlandırılıblar.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |