Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Qaliblərə xüsusi diplomlar və hədiyyələr təqdim olunub

 

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və insan alverinə qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatları koalisiyasının təşkilatçılığı ilə Səbail rayonunun Bayıl qəsəbəsindəki "Qızıl əlcək" idman klubunda gənclər və yeniyetmələr arasında "İnsan alverini dayandıraq" devizi altında kikboksinq üzrə idman yarışı keçirilmişdir.

Koalisiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir "Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2014-2018-ci illər)"nın Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq edilməsinin 10 illiyi münasibətilə təşkil edilmişdir.

İdman yarışından əvvəl insan alverinə qarşı mübarizə həftəliyinin açılış tədbiri keçirilmişdir.

Toplantıda Milli Məclisin deputatı Adil Əliyev, DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri, QHT-lərin rəhbərləri, ziyalılar və tanınmış idmançılar iştirak etmişlər.

Dövlət himni səsləndikdən sonra toplantıda çıxış edən Milli Məclisin deputatı Adil Əliyev Azərbaycanın son on ildə böyük inkişaf yolu keçdiyini və artıq hər il onlarla  beynəlxalq  səviyyəli  idman  tədbirinə  ev  sahibliyi  etdiyini  bildirmişdir.  Milli  Məclisin  deputatı  koalisiyanın  təşəbbüsünü  dəstəklədiyini  və bundan  sonra  da  üçüncü  sektorla  əməkdaşlığa hazır olduqlarını qeyd etmişdir.

DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin şöbə müdiri Fuad Əliyev və koalisiyanın rəhbəri Mahirə Əmirhüseynova insan alverinin bəşəriyyət və cəmiyyətimiz üçün doğurduğu təhlükədən və buna qarşı dövlətin və ictimaiyyətin birgə mübarizə tədbirlərindən danışmışlar.

Gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsində idmanın xüsusi rolunu vurğulayan natiqlər ölkəmizdə bu sahəyə göstərilən qayğını xüsusi vurğulayaraq vətəndaş cəmiyyətinin də fəallığını artırmasının vacibliyini qeyd etmişlər.

Yarışdan sonra qaliblərə xüsusi diplomlar və hədiyyələr təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov