Bakı şəhəri 112 nömrəli tam orta məktəb
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi çərçivəsində yenidən
qurulub.
1934-cü ildən fəaliyyət göstərən məktəb yararsız
vəziyyətdə olduğundan 2011-ci ilin dekabrında
sökülərək yerində yeni bina inşa olunmağa
başlamışdır. Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva 2013-cü il martın 14-də
məktəbin yeni binasının açılışında iştirak edib.
Yeni inşa edilmiş məktəbin ümumi ərazisi 4205 m2,
məktəbin binasının ümumi sahəsi 3892 m2-dir.
2005-ci ildə Heydər Əliyev Fondu bu təhsil
müəssisəsi üçün 240 şagird yerlik əlavə korpus
tikmişdir. Yeni inşa olunmuş bina ilə birlikdə
məktəb 660 şagird yerlikdir.
Üç mərtəbədən ibarət olan məktəbdə ibtidai sinif
otaqları, fizika, kimya, biologiya kabinetləri
və laboratoriyaları, laborant otaqları, hərbi
hazırlıq və silah otağı, rəsm və rəsmxət otağı,
kompüter zalı, kitabxana, oxu zalı, psixoloq
otağı, bufet, təsərrüfat əhəmiyyətli otaqlar
vardır. Bütün otaqlar dərs ləvazimatları, əyani
vəsaitlər və avadanlıqla təchiz olunub. Məktəbin
kitabxanasında 200 adda bədii ədəbiyyat və 13
min dərslik toplanılıb.
Məktəb binasının içməli su və yanğına qarşı su
ilə daima təmin olunması üçün iki ədəd 100 m2-lik
su anbarı və nasosxana inşa edilib.
Məktəbin həyətində və ətraf ərazidə abadlıq
işləri aparılıb, yaşıllıqlar salınıb.
|