Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Tələbələr arasında informatika üzrə ümumrespublika olimpiadasının final mərhələsi

 

Böyütmək üçün şəkili seçinAprelin 26-da  Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda  ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının final mərhələsi keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan olimpiadanın final mərhələsində  Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin  Bakı filialı  və Naxçıvan Dövlət Universiteti üzrə 28 komanda iştirak edib.

Tədbiri giriş sözü ilə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov açaraq  informasiya texnologiyaları  sahəsində innovasiyaların daha sürətlə vüsət almasında gənc kadrların rolundan danışıb. İKT-nin yeni imkanlarının meydana gəlməsi və innovasiyaların geniş tətbiqi prosesinə məhz innovativ təfəkkürə malik gənclərin böyük töhfə verdiyi vurğulanıb.

Olimpiadanın münsiflər heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə təkcə Azərbaycanda deyil, dünyada informasiya texnologiyaları üzrə yüksək ixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də kompüter və proqram təminatı mühəndislərinin hazırlanmasına böyük tələbatın olduğunu bildirib. Qeyd olunub ki,  başlıca hədəflərdən biri informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq yarışlara  hazırlaşdırmaqla Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaqdır.  Olimpiadada fəal iştirak edən gənclər üçün yay məktəblərinin təşkili və Ukraynada treninqlərdə iştirak  etmək nəzərdə tutulub.

Yarış zamanı hər komandaya 5 saat ərzində 10 məsələni həll etmək tapşırığı verilib. Sonda Qafqaz Universitetinin "Qafqaz Programmers", M.V.Lomonosov adına MDU-nun Bakı filialının "MSU Programmers" və Qafqaz Universitetinin "Qafqaz U 4" komandaları müvafiq olaraq I, II, III yerləri tutublar.

Olimpiada qalibləri  bu ay 17 may-Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə "HP" şirkətinin qiymətli hədiyyələri ilə mükafatlanacaqlar. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov