Aprelin 26-da Cəmşid Naxçıvanski adına hərbi
liseydə "Cəsurlar" hərbi-idman və turizm
oyununun Respublika final yarışı keçirilib.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,
Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və
Respublika Veteranlar Şurasının birgə qərarı ilə
keçirilən yarışda ümumtəhsil məktəblərinin
VII-VIII sinif şagirdləri iştirak ediblər.
"Cəsurlar" hərbi-idman və turizm oyununun
Respublika final yarışında I yerə Zərdab, II
yerə Xətai, III yerə Ordubad rayonunun
komandaları layiq görülüblər. Qalib komandalar
Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif
olunub.
Qeyd edək ki, cari ilin mart-aprel aylarında
Bakı və Naxçıvan şəhərlərində, Quba, Göygöl,
Hacıqabul, İsmayıllı, Balakən, Ağcabədi,
Neftçala rayonlarında "Cəsurlar" hərbi-idman və
turizm oyunlarının zona mərhələsi keçirilib.
Hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla
birgə ümumtəhsil müəssisələrində gənclərin
çağırışaqədərki hazırlığı fənninin tədrisinin
təkmilləşdirilməsi, hərbi-idman oyunlarının
keyfiyyətinin və kütləviliyinin artırılması üçün
təsirli tədbirlər həyata keçirir. Bu baxımdan
gənclərin vətənpərvərlik tərbiyəsinin aktual
məsələləri üzrə müşavirələrin, konfransların,
"dəyirmi masa"ların, mədəni-kütləvi və digər
tədbirlərin keçirilməsinə hərtərəfli dəstək
verilir.
www.edu.gov.az
|
|