Bakıdakı F.Rzayev adına 150 nömrəli tam orta məktəbdə
Azərbaycan Yazıçılar və Aşıqlar birliklərinin üzvü, şair
Eyvaz Qələmçəlinin 85 illik yubileyi ilə əlaqədar
"Sənətkarı el yaşadar" adlı tədbir keçirildi.
Tədbiri məktəbin direktoru Mirdaməd Sadıqov giriş sözü
ilə açaraq Eyvaz Qələmçəlinin yaradıcılığı haqqında xoş
sözlər söylədi. Sonra respublikanın əməkdar müəllimi
Məlahət Babakişiyevaya Eyvaz Qələmçəlinin həyat və
yaradıcılığı ilə bağlı geniş məlumat verdi, ümummilli
liderimiz Heydər Əliyevə həsr etdiyi şeirini oxudu.
Daha sonra məktəbin VII "b" sinif şagirdlərinin ifasında
şairin əsərlərindən ibarət "poeziya çələngi" təqdim
olundu. Tədbirdə gənc aşıqlar çıxış etdilər. Məktəbin
foyesində yaradılmış fotosərgi maraqla qarşılandı.
Çıxış edənlər həm xoş xatirələrini, həm də şairin
yaradıcılığı haqqında ürək sözlərini söylədilər.
Tədbirin sonunda şairin nəvəsi İlqar Qələmçəli "El
havası" üstündə babasına həsr etdiyi şeirini oxudu.
Fazil İDRİSOĞLU |