Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

"Biz narkomaniyaya yox deyirik"

 

Aprelin 29-da  Bakıdakı 177 nömrəli tam orta məktəbdə  Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Biz narkomaniyaya yox deyirik" mövzusunda tədbir keçirilib. Məktəbin  pedaqoji kollektivinin və şagirdlərinin, rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə işçilərinin iştirak etdikləri tədbirdə narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı  söz açılıb.

Tədbirdə  Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli mənəvi dəyərlərə zidd, vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulayıb.

Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğu qeyd edilib, ölkəmizdə bu bəlanın qarşısının alınması istiqamətində mühüm işlər aparıldığı vurğulanıb.

Narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac olduğu diqqətə çatdırılıb. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov