Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  elmi-praktik konfrans

 

Böyütmək üçün şəkili seçinAprelin 30-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və tədris prosesinin təşkili" mövzusunda respublika elmi-praktik konfrans keçirildi. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun alimləri, mütəxəssisləri, tələbələri, Bakı şəhərində fəaliyyət göstərən orta məktəb direktorları, BPKİYİ-də elmi-tədqiqat təcrübəsi keçən magistrantlar, müdavim və tələbələr, həmçinin KİV nümayəndələri iştirak edirdilər.

 Tədbiri giriş sözü ilə institutun rektoru, professor Asəf Zamanov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan daxili və xarici siyasətin bütün sahələrə olduğu kimi, elm və təhsil sahəsinə də müsbət təsirini xüsusi vurğuladı. O, Azərbaycanın 2013-cü ildə dünyanın "kosmik ölkələri" sırasına daxil olmasını, BMT-nin 2010-cu il üzrə insan inkişafı hesabatında göstərildiyi kimi "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna daxil olmasını diqqətə çəkərək, təhsilin maddi-texniki bazasının gücləndirilməsi, həmçinin insan resurslarının formalaşdırılması istiqamətində görülən işlərdən söz açdı. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətini vurğuladı. Daha sonra rektor "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və insan resurslarının inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış etdi.

Konfransda BPKİYİ-nin tədris işləri üzrə prorektoru Məhəmməd Bayramov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və istedadın inkişaf etdirilməsi", Bakı şəhər 95 nömrəli tam orta məktəbin direktoru Tahir Süleymanov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və məktəbin vəzifələri" mövzularında məruzə etdilər.

Sonra məruzələr ətrafında professor Çingiz Bədəlov, Bakı şəhər 46 nömrəli tam orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Sevinc Budaqova, professor Rüfət Hüseynzadə çıxış etdilər. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov