Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Moskvada azərbaycanlı gənclər arasında IV intellektual marafon keçirilib

 

Rusiya paytaxtında yaşayan və təhsil alan azərbaycanlı gənclər arasında IV intellektual marafon keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin təşkil etdiyi tədbirdə 17 komanda "Həmrəylik kuboku-2014" mükafatı uğrunda mübarizə aparmışdır.

Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov yarışmanı açıq elan etmişdir. Reqlamentə görə, hər komandada 4 oyunçu öz bilik və bacarığını nümayiş etdirmişdir. İki mərhələdən ibarət oyunda müxtəlif mövzularda 35 sual səslənmişdir.

Münsiflər heyətinin tərkibinə gənclər klublarının sədri Ramil İsmayılov, pianoçuların beynəlxalq müsabiqələrinin laureatı, YUNESKO-nun "Görkəmli musiqiçi" fəxri adının sahibi Lyubov Qorbaçova, Moskva Dövlət Pedaqoji Universitetinin müəllimi Elçin Vahabov daxil idilər.

Gərgin keçən intellektual mübarizədə birinci yeri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri tutmuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov