Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Görkəmli akademik Zərifə xanım Əliyevanın doğum günü NDU-da qeyd olunub

 

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.

Elmi konfransda rektor, professor Saleh Məhərrəmov çıxış edərək dünya şöhrətli alimin oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən, elmi və ictimai fəaliyyətindən, mənalı ömür yolundan danışıb. Bildirilib ki, xalqımızın qəlbində əbədi yaşayan görkəmli elm xadimi Zərifə xanım Əliyevanın mənalı ömür yolu, əziz xatirəsi elmin işığında, nur verdiyi insanların qəlbində əbədi yaşayır. "Akademik Zərifə xanım Əliyevanın həyatı və elmi-pedaqoji fəaliyyəti" mövzusunda məruzə edən tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən söz açıb. Tibbi klinik fənlər kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayevin "Dünyanın tanınmış elm xadimlərinin Zərifə xanım Əliyeva haqqında xatirələri", əczaçılıq və stomatologiya kafedrasının müəllimi Əzizə Hüseynovanın "İnsanlara nur bəxş edən ləyaqət mücəssəməsi" mövzularındakı məruzələrində vurğulanıb ki, Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirmişdir.

Məruzələrdən sonra Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən slayd nümayiş olunub.  

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov