Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Təhsil Problemləri İnstitutunda Asiya İnkişaf Bankının nümayəndəsi ilə görüş

 

Aprelin 24-də Təhsil Problemləri İnstitutunda Asiya İnkişaf Bankının nümayəndəsi xanım Fredi Munger ilə görüş keçirilib. Tədbirdə Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, bankın Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev və institutun bir qrup əməkdaşı iştirak edib.

Görüşdə institutun direktoru Qulu Novruzov Azərbaycanda təhsil islahatı və islahatın nəticələri ilə qonaqları qısaca tanış edərək bu sahədə atılan mütərəqqi addımları nəzərə çatdırıb.

Azərbaycanda təhsil sahəsində görülən işlər, yeni kurikulumların tətbiqi vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" və bu sahədə nəzərdə tutulmuş prioritet istiqamətlər barədə qonağa məlumat  verilib.  Görüşdə Dövlət Strategiyasında  nəzərdə  tutulan  təhsilin 12 illik olması, ibtidai siniflərdə  fənlərin  bir  və  ya  bir  neçə  müəllim  tərəfindən  tədrisi, monitorinq və qiymətləndirmə sahəsində  görülən işlər, pedaqoji təmayüllü ali təhsil müəssisələrində kurikulumların öyrədilmə səviyyəsi, eləcə də müəllimlərin ixtisaslaşma dərəcəsi, yeni kurikulumların tətbiqi ilə əlaqədar treninqlərin aparılması, icbari təhsilin müddəti və s. kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Şəfa KAZIMOVA,
Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov