Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin konfransı başa çatdı

 

Aprelin 25-də Azərbaycan Dillər Universitetində  (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cu ildönümünə həsr edilmiş  Tələbə Elmi Cəmiyyətinin illik konfransı başa çatdı.  Yekun iclasda  ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov  çıxış edərək  tələbələrin elmlə məşğul olmağa üstünlük verdiklərini və bunun da   onların gələcək inkişafında mühüm rol oynayacağını bildirdi.  Bölmə rəhbərlərinin hesabatları vaxtında təqdim etdiyini deyən prorektor onların işini yüksək qiymətləndirdi. O, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun adından bölmə rəhbərlərinə, eləcə də tələbələrə  təşəkkür etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tələbə Elmi Cəmiyyətinin sədri, professor Əsgər Zeynalov, sədr müavini, dosent Vahid Ərəbov, bölmə rəhbərləri, professorlar  Bilal İsmayılov, Məsməxanım Qazıyeva və dosent  Vidadi Bəşirov  konfransın tələbələrin elmi biliklərinin artırılmasında əhəmiyyətindən danışdılar.

Konfransda müxtəlif mövzularla iştirak edən tələbələrin 50 nəfəri I, 55 nəfəri II, 60 nəfəri isə III dərəcəli diplomlarla təltif edildi. Bundan əlavə, konfransda iştirakına görə 120 nəfər tələbəyə təşəkkür elan edildi.

Xatırladaq ki, üç gün davam edən konfransda  müxtəlif mövzular üzrə 21 bölmədə iclaslar keçirilib, 700-dən  yuxarı  məruzə dinlənilib. 

ADU-nun İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov